Satılır 6 otaqlı həyət evi/bağ evi 400 m², Novxanı q.
Ekoloji cəhətdən təmiz ərazidə, Novxanı bağlarında, kanalın düz yanında geniş və rahat həyət evi satılır. 10 sot torpaq sahəsi üzərində yerləşən mülk həm yaşayış, həm də istirahət üçün ideal seçimdir. Əsas ev 6 otaqdan, 1 mansarddan və geniş mətbəxdən ibarətdir. Evdə 2 sanitar qovşağı mövcuddur. Həyətdə əlavə olaraq mühafizə evi yerləşir. Mühafizə evi 1 otaq və sanitar qovşağından ibarətdir. Həyətdə ayrıca hamam və əlavə sanitar qovşağı da mövcuddur. Torpağın kupçası var. Geniş həyət, əlverişli planlama və kanal kənarında xüsusi yerləşmə bu mülkü fərqləndirir. Novxanıda həm ailəvi yaşayış, həm də bağ evi kimi istifadə üçün ideal seçimdir. Qiymətdə razılaşma mümkündür. Real alıcı və maraqlananlar əlaqə saxlasın. Xidmət haqqı 1% təşkil edir.
Qiymət: 650.000 AZN