İçərişəhərin ən prestijli və tarixi hissəsində 280 kv.m sahəsi olan, yüksək səviyyədə hazırlanmış premium obyekt icarəyə verilir.
Obyekt 3-cü mərtəbədə yerləşir. Məkanın təmirində yüksək keyfiyyətli və bahalı materiallardan istifadə olunub. İnteryer xüsusi zövqlə hazırlanıb və obyekt hazır vəziyyətdədir. Hazırda tam şəkildə səs studiyası kimi fəaliyyət göstərir və studiya fəaliyyəti üçün lazım olan infrastruktur mövcuddur.
Obyektin geniş sahəsi və funksional quruluşu sayəsində yalnız səs studiyası kimi deyil, müxtəlif biznes və kommersiya fəaliyyətləri üçün də istifadə etmək mümkündür. Ofis, yaradıcı məkan, prodakşn mərkəzi, media layihəsi, təlim və kurs mərkəzi, showroom, şirkət ofisi və digər fəaliyyət istiqamətləri üçün uyğunlaşdırıla bilər.
İçərişəhər kimi premium lokasiyada yerləşməsi, hazır təmiri, geniş sahəsi və yüksək səviyyəli interyeri obyektin əsas üstünlüklərindəndir. Əlavə böyük təmir və ciddi investisiya tələb etmədən fəaliyyətə başlamaq üçün əlverişli vəziyyətdədir.
Obyektə baxış və icarə şərtləri ilə bağlı ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz.